Çin Xalq Respublikasının Sədri Si Cinpin seçilmiş prezident Donald Trampı təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin “Sinhua” dövlət xəbər agentliyi məlumat yayıb.
“Noyabrın 7-də Sədr Si Cinpin ABŞ prezidenti seçilməsi münasibətilə Donald Trampa zəng edib”, – məlumatda qeyd olunub.
“Tarix bizə göstərir ki, Çin və ABŞ həm əməkdaşlıqdan qazanacaq, həm də qarşıdurmadan itirəcək. Sabit, sağlam və davamlı Çin-Amerika münasibətləri hər iki ölkənin ümumi maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verir. Ümid edirik ki, hər iki tərəf qarşılıqlı hörmət, sülh şəraitində birgə yaşayış və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini qoruyacaq, dialoq və ünsiyyəti gücləndirəcək, fikir ayrılıqlarını lazımi qaydada idarə edəcək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək və Çin ilə ABŞ üçün həm ölkələrə, həm də bütün dünyaya fayda gətirəcək yeni dövrə düzgün addımlamaq üçün yol tapacaq”, – agentlik Çin liderindən sitat gətirib.
Bildirilib ki, eyni gün sədr müavini Han Çjen Ceyms Vensi ABŞ-nin vitse-prezidenti seçilməsi münasibətilə təbrik etmək üçün ona zəng edib.