AZ

Xərçəng və xolesterinin ən böyük düşməni olan meyvə: Gündə iki  dəfə yemək belə kifayətdir

Xurma kalium və kalsium baxımından zəngin olmaqla yanaşı, tərkibindəki yüksək A vitamini olan bir meyvədir.

 Moderator.az türk mütəxəssislərinin xurmanın faydaları ilə bağlı fikirlərini təqdim edir:  

Məlumdur ki, hətta gündə cəmi 2 xurma qəbul etməyin ümumi sağlamlığa çoxsaylı faydaları var. Antioksidantlarla zəngin bir qida olan xurma xüsusilə tərkibində karotenoidlər və beta-karoten kimi flavonoidlər olduğu üçün ağciyər və kolorektal xərçəng riskini azalda bilər.İnsanın gündəlik C vitamini ehtiyacını qarşılaya bilən xurma immuniteti qoruyan bir meyvədir. Xurma həm də viral və bakterial infeksiyaları azaltmaqda təsirli olur.

 
Vitamin və minerallarla zəngin meyvə olan xurma immun gücləndirici təsiri ilə insanın enerjisini artırır, yorğunluğu azaldır. Xurma iltihabı və səbəb olduğu xəstəlikləri azaltmağa kömək edə bilər. Tərkibindəki E vitamini bədənin iltihabla mübarizə aparmasına kömək edir. Tərkibində yüksək miqdarda flavonoid antioksidant olan xurma ürək xəstəlikləri riskini də azaldır. Xurmada bol olan A vitamini göz sağlamlığı üçün faydalıdır. Tərkibində sağlam gözlər üçün vacib komponentlər olan lutein və zeaksantin var.
 Tərkibindəki dəmir sayəsində xurma bədəndə kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etməməsi nəticəsində yaranan anemiyanın qarşısını alır. Xurma dərini günəş şüalarından qoruyur və yara izlərini azaldır, çünki tərkibində antioksidanlar adlanan çoxlu bioaktiv birləşmələr var.
 
 
Xurma yüksək lif tərkibli bir qidadır və bu xüsusiyyəti ilə LDL xolesterin kimi tanınan pis xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Seçilən
23
14
moderator.az

10Mənbələr