AZ

Baş həkim iş adamına uduzdu

“Happy Smile”​ Diş Klinikasının rəhbəri Natəvan Qurbanovadan aldığı tibbi ləvazimatlar üçün 62 min manatı ödəməyən şirkət rəhbəri Cənnət Məhərrəmov məhkəmədə qalib gəlib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 33 yaşlı Cənnət sərbəst mühakimə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaq materiallarında deyilir ki, müttəhim Məhərrəmov 10 ilə yaxındır Sumqayıt şəhərində stomatoloji avadanlıqların alqı-satqısı ilə məşğuldur. “Happy Smile”ın rəhbəri və baş həkimi Natəvanla tanışlığı da işlə bağlı yaranıb. Ona tibbi xalatlar satıb.

Bu işdə isə müştəri Cənnət, satıcı Natəvan həkimdir. Qarşılıqlı müqaviləyə əsasən, Cənnət “Happy Smile” klinikasından nisyə 69 min 500 manatlıq tibbi ləvazimat və digər avadanlıqlar götürüb. Bir müddət sonra borcun 7 min 500 manatını ödəyib, qalan məbləği ödəməkdən imtina edib.

Pul üstündə başlayan mübahisə tərəfləri məhkəməyə kimi gətirib çıxarıb. Klinika rəhbəri Cənnətin hərəkətini dələduzluq kimi qəbul etsə də, digər detallar ortaya çıxıb. Müdafiə tərəfinin təqdim etdiyi dəlil və sübutlardan, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, məsələ başqa cürdür.

Cənnət ifadəsində deyib ki, borcunun hamısını ödəməməsinə səbəb aldığı tibbi ləvazimatların bir neçəsinin nasaz vəziyyətdə olduğunu müəyyən etməsi olub. Amma bu barədə ona alqı-satqı vaxtı məlumat verilməyib. Ondan tələb olunan məbləğin bir hissəsini də məhz ləvazimatların təmirinə xərcləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, klinika rəhbəri ilə mübahisəsi də ondan nazas avadanlıqların təmirinə verdiyi pulu ümumi borcdan çıxılmasını istədiyinə görə başlayıb.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə tərkibi iş üzrə bütün halları hərtərəfli araşdırdıqdan, tərəfləri və şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini qanunsuz hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxsin xanım zərərçəkmişi aldatmaq niyyəti olmayıb, sadəcə sonradan aralarında yaranmış anlaşılmazlığa görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Xüsusi vurğulanıb ki, bu mübahisə mülki qaydada həll edilməli işdir və istintaq orqanı əvvəldən cinayət işi başlanmasından imtina etməli idi.

Hökmə əsasən, Cənnət Məhərrəmova əməlində cinayət tərkibi olmadığından bəraət verilib.

Seçilən
7
14
heftelik.az

10Mənbələr