Çin sədri Si Cinpin ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə Donald Trampa ünvanladığı təbrik mesajında qeyd edib ki, sabit, sağlam və davamlı münasibətlər Çin və ABŞ-ın maraqlarına uyğundur.
Editor.az bu barədə Sinxua agentliyinin məlumatına istinadla xəbər verir.
“Ümid edirik ki, hər iki tərəf qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalacaq, dialoq və ünsiyyəti gücləndirəcək, fikir ayrılıqlarını lazımi şəkildə idarə edəcək və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcək”, – Si yazıb. Tarixin Çin və ABŞ-ın əməkdaşlıqdan faydalandığını və münaqişələrdən əziyyət çəkdiyini ortaya qoyduğunu qeyd edən Çin lideri Pekin və Vaşinqtonun yeni dövrdə hər iki ölkə və dünyaya fayda gətirəcək düzgün əməkdaşlıq yolunu tapacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində 226 nümayəndənin olduğu Demokratlar Partiyasının namizədi Kamala Harris uduzduğunu çıxışında qəbul edib.
//Gülnarə Abasova, Editor.az