AZ

"Bavariya" azarkeşi ÇL oyunu zamanı vəfat etdi

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Bavariya” – “Benfika” oyununda üzücü hadisə yaşanıb.

QOL.az xəbər verir ki, matçın gedişi zamanı tribunada bir "Bavariya" azarkeşi özünü piss hiss edib.

Matçın 3-cü dəqiqəsində həkimlərin müdaxiləsindən sonra azarkeş xəstəxanaya yola salınıb. Ancaq o, yolda dünyasını dəyişib. Məlumatı klubun mətbuat xidməti yayıb.

Oyun zamanı yaşanan hadisədən xəbər tutan "Bavariya" azarkeşləri matçı sükut içində izləyiblər. Onlar yalnız oyunun 67-ci dəqiqəsində Camal Musialanın vurduğu qol zamanı komandalarını alqışlayıblar.

Xarırladaq ki, görüşdə “Bavariya” “Benfika”nı 1:0 hesabı ilə məğlub edib.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr