AZ

Yeni Böyükşor-Pirşağı yolu açılıb

Noyabrın 7-də paytaxtı Abşeronun şimal sahili ilə birləşdirəcək yeni Böyükşor-Pirşağı yolunun açılışı olub. Rəsmi məlumata görə, mərasimdə dövlət başçısı İlham əliyev iştirak edib.

Yolun uzunluğu 12,7 kilometrdir. Balaxanı qəsəbəsindən başlayır və Digah, Məhəmmədli və Kürdəxanı qəsəbələrindən keçir.

Yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.

Yolun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb, məlumatda deyilir.

Qeyd edək ki, bu yol Sea Breeze kompleksini paytaxtın mərkəzilə birləşdirəcək və digər iki yolu Bakı ilə şəhərətrafı arasında hərəkət edən nəqliyyat axınından azad edəcək. Lakin şəhərdən çıxarkən avtomobillərin bu yolla gedişinin necə təmin ediləcəyi hələlik məlum deyil.

Seçilən
20
turan.az

1Mənbələr