AZ

Ermənistan XİN: İrəvanın COP29-da iştirakı ilə bağlı heç bir qərar yoxdur

İrəvanla Bakı arasında sülh sazişinin bütün mətni üzrə hələ də razılıq yoxdur.

APA xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, İrəvanın Bakıda keçiriləcək COP-29 sammitində iştirakı ilə bağlı heç bir qərar olmadığı kimi ölkə liderlərinin və ya xarici işlər nazirlərinin mümkün görüşü barədə də razılıq yoxdur.

“Lakin biz belə görüşlərin intensivliyində maraqlıyıq”, – nazir müavini əlavə edib.

Seçilən
19
12
busaat.az

10Mənbələr