AZ

Nərimanovda Zəfər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi Elvin Orucov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandığını deyiblər. Qeyd olunub ki, Azərbaycan xalqının güclü iradəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və yüksək şücaəti, Ordumuzun, əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi bizə bu tarixi zəfəri yaşadıb.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Seçilən
27
32
sesqazeti.az

10Mənbələr