AZ

Trampın dövründə NATO-nun gələcəyi necə olacaq?

ABŞ-ın yeni prezidenti Donald Tramp NATO üzvü olan ölkələrdən müdafiə xərclərini artırmağı tələb edir.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis belə deyib.

O bildirib ki, bu cür tələblər ya NATO-nun özünün dağılmasına, ya da Avropanın müqavimətinə səbəb ola bilər ki, bu da ABŞ-ı blokdan çıxmağa məcbur edəcək.

Eyni zamanda, Stavridis belə bir vəziyyəti mümkün adlandırmasına baxmayaraq, bunu çətin proses hesab edir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar birləşmədən daha çox faydalanır, nəinki onu tərk etməkdən.

"Bu, NATO-nun son günləri olmaya bilər, lakin avropalı müttəfiqlərimiz Vaşinqtonda yeni və skeptik administrasiyanın reallıqlarına uyğunlaşdıqları üçün bu, çox güman ki, narahat dövr olacaq", - təqaüdçü admiral bildirib.

Seçilən
24
50
publika.az

10Mənbələr