AZ

Yaponiyada gəmidə ilişib qalan vətəndaşlarımıza yardım göstəririk – Rusiya səfirliyi

Rusiya səfirliyi qəzaya görə Yokohama limanında kruiz gəmisində qalan Rusiya vətəndaşlarına kömək edir.

İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti-yə diplomatik nümayəndəlikdən məlumat verilib.

“Spectrum of the Seas” kruiz gəmisinin Yokohama limanında texniki problemlə qarşılaşmasından sonra təxminən 500-600 rusiyalı turist Yaponiyada ilişib qalıb.

Gəmi noyabrın 9-da marşrutun son nöqtəsinə – Şanxaya çatmalı idi, lakin nasazlıq səbəbindən Yaponiya limanını tərk edə bilməyib.

Ruslar cümə axşamı səfirlikdən “Spektr of Seas” laynerində işlərin tamamlanmasını gözləmədən Tokio hava limanlarından Şanxaya, oradan da Rusiyaya uçmaq üçün Yaponiya hakimiyyət orqanlarından icazə almaqda köməklik göstərməyi xahiş ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
5
interpress.az

6Mənbələr