AZ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Zəfər Gününü və Dövlət Bayrağı Gününü təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Oxu.Az-ın "Anadolu" Agentliyinə istinadla xəbərinə görə, bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
"Türk Silahlı Qüvvələrimiz beynəlxalq əməliyyatlar, missiyalar və dost, müttəfiq ölkələrdəki təlim-məsləhət fəaliyyətləri ilə beynəlxalq təhlükəsizlik, sülh və sabitliyə töhfə verməyə davam edir. Bu münasibətlə, "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə birlikdə olduğumuz Azərbaycanın 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Gününü indidən təbrik edirik", - deyə o bildirib.
Seçilən
14
50
sherg.az

10Mənbələr