AZ

Azərbaycanda turizm necə inkişaf edib? - ŞƏRH EDİLDİ

“Turizmin inkişafı təkcə maliyyə baxımından qiymətləndirilməməlidir. Bu ilk növbədə ölkənin tanıdılması, tarixi-mədəni və dini abidələrin təbliğ olunması, həm də insanların istirahəti, onların əhval-ruhiyyəsinin yüksəldilməsi üçün vacibdir. Son illərdə Azərbaycanda turizmin inkişafına böyük diqqət yetirilir, bu istiqamətdə çox mühüm işlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, coğrafi şərait, zənginlik, Azərbaycanda mədəni-tarixi zonaların ahəngdarlığı imkan verir ki, xarici ölkə turistləri Azərbaycana daha çox səfər etsinlər və ölkəmizin şəraiti, məişəti, mədəniyyəti ilə yaxından tanış olsunlar.

Hələ Sovet dövründə Şuşa çox böyük turizm potensialına malik zona kimi qiymətləndirilirdi. Kəlbəcərə çoxsaylı qonaqlar gəlirdi, səfərlər təşkil olunurdu və müstəqillik yolunda da bu ənənənin davam etdirilməsi diqqət mərkəzindədir. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri aparılır. Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan çox böyük turizm potensialına malik ərazilərdir. Həm coğrafi şəraitinə, həm təbiətinə, həm də cəlbedici amillərə malik olmasına görə işğaldan azad edilmiş ərazilərə çoxsaylı turistlərin həmin yerlərlə tanış olması zərurətə çevriləcək”.

Seçilən
24
sia.az

1Mənbələr