AZ

Dəhliz məsələsi sülh sazişində yer almasa da... - Kostanyan

Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi sülh müqaviləsinin tərkib hissəsi deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Ermənistan etimadın gücləndirilməsi mexanizmləri, o cümlədən əks nəzarətlə bağlı bir sıra təkliflər irəli sürüb”, - ölkə rəsmisi bildirib.

Azərbaycanla danışıqların formatına toxunan xarici işlər nazirinin müavini qeyd edib ki, iki ölkə arasında danışıqlar birbaşa davam edir.

“Amma elə tərəfdaşlar var ki, onlar həqiqətən Cənubi Qafqazda sabitlik və sülhdə maraqlıdırlar, bu gündəmi müsbət dəstəkləməyə çalışırlar”.

Kostanyan əlavə edib ki, regional kommunikasiyaların (nəqliyyat dəhlizləri) açılması məsələsi sülh sazişi layihəsində nəzərdə tutulmasa da, mövzu ətrafında müzakirələr gedir.

O xatırladıb ki, iki ölkənin baş nazir müavinləri delimitasiya komissiyalarının iclasından sonra bu məsələni də müzakirə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
teleqraf.com

1Mənbələr