AZ

Rus hərbçiləri it əti ilə qidalanır

Rus əsgərləri cəbhədə Şimali Koreyadan gətirilən konservləşdirilmiş it əti ilə qidalanır. Qərb mətbuatının yazdığına görə, Şimali Koreya it əti konservləri istehsal edir və belə məhsullar orada zülal mənbəyi kimi, xüsusən də ordunun qida rasionu kimi istifadə olunur. Bu cür konservlərin hazırda Rusiya Federasiyası ilə birlikdə Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçilərinə göndərildiyi barədə də məlumatlar var. Rus əsgərləri it ətinə "qonaq edildi" və bu, bəzi əsgərlər arasında mənfi reaksiyaya səbəb oldu.

“BILD”-in məlumatına görə, hazırda Rusiya əsgərlərinin Şimali Koreyadan gələn konserv yeməkləri ilə bağlı video yayılır. Konserv bankalarının üzərində Koreya dilində "Nureonggi it əti" yazılıb.

"Nureonqlar Koreya sarı şpitsi kimi də tanınan it cinsidir. Koreyalılar onları yemək üçün yetişdirirlər. Konservləşdirilmiş qidada da qeyd edilir: "Məhsul yalnız KXDR ordusu üçündir"".

Xüsusilə, videoların birində rus əsgəri çörəyin üzərinə belə bir it paşteti yayaraq sendviç yeyir, digərində isə Rusiya Silahlı Qüvvələrinin əsgəri həmkarlarına “bu lənətə gəlmiş it ətini” yeməmək barədə xəbərdarlıq edir.

Cənubi Koreya mətbuatının yazdığına görə, KXDR hökuməti it ətinin istehlakını təşviq edir və hətta bu yaxınlarda Pxenyanda restoranlarda it ətinin bişirilməsi üçün milli müsabiqə keçirib.

“Kim Çen In Rusiyaya pul, texnologiya və neft müqabilində Şimali Koreya qoşunlarını tədarük etməyə razılaşanda bunu rusların onları lazımi avadanlıq və ərzaqla təmin etməsi və hər iki ordunun da rasionu bölüşmək məcburiyyətində qalması şərti ilə etdi," -deyə nəşrlərdən biri yazır.

Almaz Həsənli

Seçilən
29
oxumeni.az

1Mənbələr