AZ

Paytaxt sakinləri Mərkəzi Parkda yaradılan şəraitdən danışdılar (FOTO)

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də BakıdaMərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

Trend-inmüxbiri açılışdan sonra əraziyə baş çəkib və sakinlərin parkdayaradılan şəraitlə bağlı fikirlərini öyrənib.

Paytaxt sakini Talıb Talıbov bildirib ki,əvvəllər bu ərazi pis gündə idi.

O qeyd edib ki, indi isə burada əhalinin istirahəti üçün çoxgözəl şərait yaradılıb.

“Bu park paytaxtımızı daha da gözəlləşdirir və rəng qatır. Beləparklar şəhər sakinləri ilə yanaşı, turistlər üçün də çox yaxşıdır.Parkın salınmasında əziyyəti keçən hər kəsə öz təşəkkürümübildirirəm”, - o qeyd edib.

Paytaxt sakini Elman Mirzəyev isə bildirib ki, Bakı gündən-günəgözəlləşir və inkişaf edir.

"Əvvəlki vəziyyətdən əsər-əlamət qalmayıb. Parkda hər bir yaşkateqoriyasının istirahət etməsi üçün şərait yaradılıb. MərkəziParkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın dahada gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması vəinsanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyətdaşıyır",- o əlavə edib.

Qeyd edək ki, Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisitam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahətzonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdiryığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilibvə müvafiq aqrotexniki tədbirlər görülüb.

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Buradayaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrəyaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti buistirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir.Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiqküçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçünyeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb.Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğularıquraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları,yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat vəstolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl vəətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarınınvə sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm roloynayır.

İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub.Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu-XX əsrinəvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı”kimi tanınan tarixi-memarlıq abidəsi bərpa edilərək əvvəlkisimasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayışbinaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyovaküçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanmayerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlərgörülüb.

Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisiyekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işlərigörüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadəküçəsində yerləşən İmam Hüseyn məscidinin mənzərəsi tam olaraqaçılıb.

Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsiilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahətguşələrindən birinə çevrilib.

Paytaxt
Paytaxt
Seçilən
33
21
az.trend.az

10Mənbələr