AZ

“Orda təhqirdən söz gedə bilməz, Apellyasiya Məhkəməsinə şikayət edəcəyik” – “Kəpəz”in məşqçisi narazıdı

Məlum olduğu kimi, “Kəpəz” əvəzedicilərinin baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən sərt cəzalandırılıb.

Belə ki, mütəxəssis əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. Bununla bərabər Mərdanova 5 oyunluq qadağa da qoyulub. Məşqçi bundan öncə də cəzalı duruma düşmüşdü.

Bəs mütəxəssis qərardan apellyasiya şikayəti vermək fikrindədimi?

Xaliq bəyin “Football-plus.az”a söylədikləri:

“Cəza ilə razı deyiləm. Mingəçevirli hakimlər heç uşaq futbolunu idarə edə bilmirlər. Onları da göndəriblər əvəzedici heyətə. Çox ədalətsiz qərarlar verirlər. Oyunda isə təhqirlə bağlı heç nə olmayıb, sadəcə, etirazımı bildirmişəm. Onlar da "qırmızı" verdilər. O adamların hakimliklə bağlı problemləri var, düzgün iş görmürlər. Yaxşı olar ki, gedib hakimliyi öyrənsin, sonra gəlib oyun idarə etsinlər. Çox kobud səhvlərə yol verdilər. Ona etiraz etdim. Düzdü, hakim də insandı, o da səhvedir. Bir-iki dəfə olar, amma 90 dəqiqə ərzində o qədər ədalətsiz qərarlar vermək olmaz. Bizim də emosiyalarımız var, özümüzdən çıxa bilərik. Həmin vaxt səhv qərarlar verdi, mən də dözə bilməyib etirazımı bildirdim. Yaxşı olar ki, işlərini balaca uşaqlarla görsün, böyük komandalara bacardıqları qədər gəlməsinlər. Rəhbərliklə danışacam, tədbir görmək lazımdı. Düzgün iş görməyiblər. Orda təhqirdən söz gedə bilməz, etiraz var. Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. Komandani növbəti oyuna köməkçi məşqçi hazırlayacaq, mən kənardan izləyəcəm”.


RÖYANƏ OĞUZ
Seçilən
21
football-plus.az

1Mənbələr