AZ

Bu binadan ev alanların hamısı onlardan niyə tez qurtulmaq istəyir? – QİYMƏTLƏR

Saray qəsəbəsində yerləşən və “Saray MTK”-ya məxsus binalarda mənzillərin kütləvi satışı müşahidə olunur. Satış saytlarının bir çoxunda həmin şirkətinə məxsus bir neçə binada ev sahiblərinin öz mülkiyyətindən qurtulamaq istəyi oxunur.

Yenisabah.az xəbər verir ki, sözügedən elanların birində 1 otaqlı tam təmirli və çıxarışı olan mənzil ilkin ödəniş 8 min manat olmaqla, aylıq 449 manat ödənişlə ipoteka formasında satılır.

Eyni binada satışa təqdim olunan 2 otaqlı tam təmirli mənzil ilkin ödənişi isə 19 min, aylıq krediti 376 manata təklif edilir.

Yaşayış komleksində müvafiq formada satışa çıxarılan 3 və 4 otaqlı mənzillər də var.

Mənzillər 4 faizli ipoteka ilə satılır. Elanlarda təqdim olunan məlumata görə, alıcılardan rəsmi gəlir və ya VÖEN tələb olunur. Satışa təqdim edilən mənzillərin ipoteka müddəti 22-24 il arası dəyişir. Mənzillərin demək olar ki, hamısı tam təmirli və məişət əşyaları ilə təmin olunub. Evlərin hamısında çıxarış mövcuddur.

Yaşayış kompleksi Saray qəsəbəsi, Heydər Əliyev küçəsi 25A ünvanında yerləşir.

Seçilən
21
1
medianews.az

2Mənbələr