AZ

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Noyabrın 6-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Ictimai şura üzvləri öncə vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra ictimai şuranın sədri Ramil Əliyev gündəlikdə duran məsələlərlə bağlı ictimai şura üzvlərinə məlumat verib. İlk növbədə 44 günlük Vətən Müharivəsində əldə edilən tarixi qələbədən, qəhrəman oğullarımızın şücaətindən, Ali Baş Komandanın qətiyyətli siyasətindən danışılıb.
Tədbirdə eyni zamanda COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışılıb.
Sonra ictimai şura üzvlərinin təklifləri dinlənilib və qarşıda duran vəzifələr barəsində fikir mübadiləsi aparılıb.

Seçilən
22
5
ictimaishura.az

6Mənbələr