ABŞ-ın Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən 43 meymunun qaçdığı bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə gözətçinin meymunların qəfəsinin qapısını açıq qoyması nəticəsində baş verib.
\"Rhesus makaka\" meymunları, tibbi testlər və araşdırmalar üçün primatlar yetişdirən \"Alpha Genesis\" adlı şirkətdən qaçıb.
Səlahiyyətlilər sakinlərdən qapı və pəncərələri möhkəm bağlı saxlamağı və meymunları görəndə dərhal xəbər vermələrini istəyib.
Qaçan meymunlar təxminən 3,2 kq ağırlığında gənc və dişi olaraq təsvir edilmişdir.
Yemassee Polis İdarəsi, şirkətin meymunları tapmaq üçün səylərini davam etdirdiyini və təhlükəsizlik məqsədilə qidadan istifadə edərək meymunları tutmağa çalışdıqlarını açıqladı.
Gülay