AZ

Baş Prokurorluqda bayram toplantısı

Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər Xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib məzarları üzərinə gül dəstələri qoyublar.

Prokurorluq əməkdaşlarını və xalqımızı “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik edən Baş prokuror tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.

Qeyd edilib ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilib.

Baş prokuror “44 günlük Vətən müharibəsi” və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının “I Qarabağ” və “44 günülük Vətən” müharibələri zamanı bilavasitə döyüşlərdə iştirak etməsini, hətta şəhid prokurorluq əməkdaşlarının olduğunu, habelə “44 günlük Vətən” müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.

XQ

Seçilən
117
7
xalqqazeti.az

10Mənbələr