AZ

BRICS ölkələri yeni investisiya platforması yaradacaq

BRICS ölkələri inkişaf etməkdə olan bazarlara investisiya üçün platforma yaradacaq.

Valyuta.Az-ın "TASS"a istinadla verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin, Valday Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı BRICS ölkələrinin elektron aktivlərdən istifadə edən yeni bir investisiya platformasına ehtiyac olduğunu vurğulayıb.

“Biz [BRICS ölkələrinin] yeni bir investisiya platformasının yaradılmasını, elektron aktivlərdən istifadə edərək onların inkişaf etdirilməsini təklif edirik. Yəni bu, elektron ödəmə vasitələri ilə inkişaf etməkdə olan bazarlara, əsasən də Cənubi Asiya, Afrika və qismən Latın Amerikası bazarlarına investisiya qoymağa imkan verəcək bir platformanın yaradılması deməkdir,” – deyə Putin qeyd edib.

Prezident vurğulayıb ki, “Biz belə düşünürük, çünki həmin regionlarda çox güclü demoqrafik proseslər baş verir: əhali artımı, kapital toplanması, urbanizasiya səviyyəsi kifayət qədər yüksəkdir və bu proses mütləq inkişaf edəcək.”

Rəhim

Seçilən
18
valyuta.az

1Mənbələr