Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1 | Nicat Mehbalıyev | Sabah |
2 | Rza Cəfərov | Neftçi |
3 | Aydın Bayramov | Zirə |
4 | Abbas Hüseynov | Qarabağ |
5 | Amin Seydiyev | Sabah |
6 | Rahil Məmmədov | Radomiak Radom, Polşa |
7 | Bəhlul Mustafazadə | Qarabağ |
8 | Zamiq Əliyev | Eqnatia, Albaniya |
9 | Bədavi Hüseynov | Qarabağ |
10 | Anton Krivotsyuk | Daejeon Hana Siti, Cənubi Koreya |
11 | Elvin Cəfərquliyev | Qarabağ |
12 | Coşqun Diniyev | Bandırmaspor, Türkiyə |
13 | Aleksey İsayev | Qarabağ |
14 | Xəyal Nəcəfov | Turan Tovuz |
15 | Ceyhun Nuriyev | Zirə |
16 | Mustafa Əhmədzadə | Araz-Naxçıvan |
17 | Səbuhi Abdullazadə | Sumqayıt |
18 | Emin Mahmudov | Neftçi |
19 | Toral Bayramov | Qarabağ |
20 | Ozan Can Kökçü | HJK, Finlandiya |
21 | Rüstəm Əhmədzadə | Zirə |
22 | Ramil Şeydayev | Neftçi |
23 | Mahir Emreli | Nürnberq, Almaniya |
24 | Nəriman Axundzadə | Qarabağ |
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.
İdman.biz