AZ

Fernandu Santuş: "Heç nə bizi tutduğumuz yoldan çəkindirə bilməz"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis konfransda jutnalistlərin suallarını cavablandırıb: 

- Mehdi Cənnətov buna qədər əsas qapıçı idi. Onun bu dəfə siyahıda olmaması nə ilə bağlıdır?

- Texniki qərardır. Məşqçilər heyəti var. Şəxsi heç bir problem yoxdur. Son oyunalrda çıxışı ürəkaçan deyildi, bəyənmədim. Ona görə başqa qapıçılara şans verdim.

- Mahir Emreli Estoniya ilə görüşdə olmayacaq, Renat Dadaşov isə əməliyyat edilib. Hücum xəttindəki problemləri necə aradan qaldıracaqsız?

- Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə hansı materiallar varsa, çalışacağıq ki, onunla çıxış yolu tapaq. Bəzi oyunçular var ki, bu vəziyyətdən çıxmağımıza kömək olacaq. Qarşıdakı məşqlərdə oyunçuları yoxlayacağıq. Sonda qərar alacağıq ki, kim hücumda oynayıb, bizə kömək ola bilər. 

- Millətlər Liqasında ciddi uğur mümkün deyil. Olmazdı ki, gələcəyə bağlı gənclərə üstünlük verəsiz?

- Biz də hazırda onu edirik. Dəvət olunmuş oyunçuların ümumi orta yaş həddinə baxsaz, 25 yaşdır. Bu toplanışa iki gənc də cəlb olunub. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik. Baxacağıq ki, hansılar gələcək üçün bizə kömək ola bilər. Gənc oyunçuların yanında təcrübəlilər də olmalıdır ki, onlara baxıb, nəsə öyrənib inkişaf etsinlər. Yalnız gəncləri də çağırmaq düzgün alınmaz. Amma fikrinizlə razılaşıram.

- Arif Əsədovun gedişindən sonra demişdiz ki, yerli köməkçi məşqçi gətirəcəksiz. Ancaq bu təyinat baş tutmayıb. Hətta mediada yayılan xəbərlərə görə, Kamran Ağayevi də komandadan kənarda saxlayırsız...

- Xeyr, bu düzgün xəbər deyil. Sabah Kamran Ağayev bizimlə olacaq. Birinci suala gəldikdə, işlər gedir. Qarşıdakı toplanışlarda baxacağıq ki, hansı məşqçini korpusumuza daxil edə bilərik. Heç də asan məsələ deyil. Çox çətindir. Köməkçi işi elədir ki, baş məşqçiyə həqiqətən köməyi dəyməlidir. Bunun üzərində AFFA il bərabər işlər gedir.

- Qəbələ dağlıq ərazisi olduğuna görə futbolçularda orada oynayanda tənəffüslə bağlı bəzən problem yaranır. Oranın iqlimini bilirsiz?

- Artıq iki dəfə Qəbələdə olmuşam. Üzr istəyirəm, dünyanın hər yerində futbolçular hər bir iqlimə adaptasiya olurlar. Bu sadəcə bəhanə ola bilər. Çoxlu bəhanələr ola bilər, dağlıq ərazidir, yağış yağdı və s. İnanın ki, istək olarsa, bu dediyim amillər bəhanə deyil. 3000 metr hündürlükdən danışırıq. Bəzi komandalar 3000 hündürlükdə oynayırlar, amma problem yaşamırlar.

- Mustafa Əhmədzadə sizi hansı planda cəlb etdi?

- Oyunlarını gördüm və məni cəlb etdi. İşimizin bir hissəsi də oyunçulara baxmaq, Premyer Liqa görüşlərini izləməkdir. Məşqçilərimizlə birlikdə qərar verdik ki, onu milliyə cəlb edək.

- Amin Seydiyevi əvvəl əsas heyətdən çıxarmışdınız. Ancaq indi də dəvət etdiniz. Bu müddətdə Seydiyev inkişaf edib?

- Bundan iki toplanış öncə Seydiyevi çağırmışdım. Ondan sonrakı toplanışlarda milliyə cəlb olunmadı. Çünki həmin mövqedə başqa oyunçulara şans vermək istədim. Oyunları izləyirik. Bəzi oyunçuların oyunu bizi cəlb edir. Texniki qərardır.

- Növbəti iki oyunda da məğlubiyyətlər olarsa, bunu necə qarşılayacaqsız?ı

- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bir şeyi vurğulamaq lazımdır ki, yeni layihənin başlanğıcındayıq. İş gedir. Hamımız bunun üzərində çalışırıq. Heç nə bizi tutduğumuz yoldan çəkindirə bilməz.

Azərbaycan UEFA reytinqində irəliləyib

“Qarabağ” Vətənə zəfərlə qayıdır

TRT “Qarabağ” haqda sənədli film çəkib - VİDEO

Birinci Liqa: "Karvan" "Cəbrayıl"la bacarmadı

"SKA-Xabarovsk"un futbolçusu: "Azərbaycan millisində oynamağa hazıram"

Seçilən
9
8
apasport.az

10Mənbələr