AZ

BMT Fransanın xarici ölkə vətəndaşlarına qarşı insan haqları pozuntularına yol verməsindən narahatlığını bəyan edib

BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın xüsusilə də xarici ölkə vətəndaşlarına qarşı insan haqları pozuntularına yol verməsindən narahatlığını bəyan edib.

APA xəbər verir ki, bu barədə komitənin Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyə ilə bağlı yekun müşahidələrinin yer aldığı hesabatında qeyd olunub.

Sənəddə Fransanın xarici ölkə vətəndaşlarını sığınacaq axtarışı imkanı təmin edilmədən, həmçinin öz hüquqları barədə məlumatlandırılmadan məcburi şəkildə Fransa-İtaliya sərhədinə qaytarılmasından, həmçinin miqrantların bəzən zor tətbiq etməklə Böyük Britaniya-Fransa sərhədindəki sığınacaqlardan, həmçinin Fransanın dənizaşırı ərazisi olan Mayottedə sistematik təxliyələrindən, miqrantların üzləşdiyi getdikcə pisləşən həyat şəraitindən narahatlıq ifadə edib.

Komitə Fransanı geri qaytarmamaq prinsipinə riayət edilməsini təmin etməyə çağırıb və beynəlxalq sığınacaq axtaranların müstəqil müraciət mexanizmlərə çıxışının təmin edilməsi ilə bağlı çağırış edilib.

Komitə bundan başqa Fransanın məcburi yoxlanışlar və nümayişçilərin həbs edilməsi nəticəsində dinc toplaşmaq azadlığına təhdidlərindən narahatlığını bəyan edib. Hesabatda həmçinin Fələstin xalqının dəstəklənməsi məqsədilə son dövrlərdə keçirilən aksiyaların ictimai asayiş üçün təhdid yaratması iddiası ilə səlahiyyətli şəxslər tərəfindən qadağan edilməsi hallarının artmasından narahatlığını bildirib.

Sənəddə həmçinin 2024-cü ilin mayından etibarən Yeni Kaledoniyada keçirilən nümayişlərə qeyri bərabər güc tətbiq edilməsindən narahatlıq ifadə olunub.

Seçilən
23
50
apa.az

10Mənbələr