AZ

Şəhid anası: "Hər dəfə söhbətimin sonunda deyirəm ki, mənim oğlum qəhrəmandır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə ucalan Nail İbrahimlidir.
Nail İbrahimliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, o, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin anası Aqibət İbrahimova oğlunun xəyallarından söz açıb:
"Nişanlı idi, məzuniyyətə çıxmağını gözləyirdik ki, toyunu edək. Müharibə başlamazdan 20 gün əvvəl evə gəlmişdi. Atasına dedi ki, toyumu sarayda yox, həyətimizdə etmək istəyirəm. Amma elə oldu ki, yasını keçirdik".
A.İbrahimova Nailin nişanlısı ilə son söhbətindən bəhs edib.
"Sonuncu dəfə nişanlısı ilə danışanda deyib ki, nəsə olsa, məni unut. O, 4 ildir ki, Naili unuda bilmir".
Şəhid anası oğlu ilə daim qürur duyduğunu vurğulayıb:
"Hərdən mənə elə gəlir ki, oğlumun qüruru acısını kənarda qoyur. Hər dəfə söhbətimin sonunda deyirəm ki, mənim oğlum qəhrəmandır".
Daha ətraflı Baku TV-nin materialında:
Seçilən
12
50
oxu.az

10Mənbələr