Cənubi Koreya Şimali Koreyanın raket sınaqlarına qarşı həyata keçirdiyi təlim çərçivəsində Sarı dənizə doğru yer-yer tipli ballistik raket atıb."Yonhap"ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargahı (JCS) Şimali Koreyanın son raket atma sınaqlarına qarşı keçirilən təlimlə bağlı açıqlama verib.Açıqlamada "Hyunmoo-2" yer-yer tipli ballistik raketlərin istifadə olunduğu canlı təlimin paytaxt Seuldan 108 kilometr cənub-qərbdə, Taean bölgəsi sahillərində, Sarı dənizdə keçirildiyi bildirilib.Açıqlamada Şimali Koreyanın ABŞ ilə hərbi fəaliyyətinin bundan sonra da yaxından izlənəcəyi bildirilib və Cənubi Koreya ordusunun Şimali Koreyanın təxribatlarına əzici üstünlüklə cavab verməyə hazır olduğu vurğulanıb.“Bu canlı təlim vasitəsilə ordumuz Şimali Koreyanın istənilən təxribatına cavab vermək əzmində olduğunu, düşmənin təxribat mənbəyinə qarşı dəqiq hücumlar etmək imkanlarını və mövqeyini nümayiş etdirib”, - deyə məlumatda bildirilir.Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın noyabrın 5-də Yapon dənizinə (Şərq dənizi) doğru çoxsaylı qısa mənzilli ballistik raketlər buraxdığını bildirib. Oktyabrın 31-də Şimali Koreya indiyədək atdığı raketlər arasında ən uzun uçuş müddətinə malik hesab edilən yeni tipli "Hwasong-19" qitələrarası ballistik raketi (ICBM) Yaponiya dənizinə atıb.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta