AZ

AYİB COP29 çərçivəsində iri kredit sazişləri imzalamağı planlaşdırır

Bakı. Trend:

Bakıda keçiriləcək COP29 Konfransı çərçivəsində AvropaYenidənqurma və İnkişaf Bankı (AYİB) mühüm "yaşıl" təşəbbüslərihəyata keçirməyi və iri kredit sazişləri imzalamağı nəzərdətutur.

Trend AYİB-ə istinadən xəbərverir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının İqlimStrategiyası üzrə icraçı direktoru Harri Boyd-Karpenterbildirib.

"Bu il COP-un əsas mövzusu iqlim maliyyələşdirilməsidir.Regionumuzda iqlim maliyyələşdirilməsinin lideri və özəl kapitalınən güclü səfərbər edən tərəfdaş olaraq, biz böyük "yaşıl"təşəbbüsləri həyata keçirməyi, iri kredit sazişləri imzalamağı vəiqlim maliyyələşdirilməsi üzrə müzakirələrdə fəal iştirak etməyiplanlaşdırırıq", – o bildirib.

Qeyd olunur ki, AYİB Bakıda baş tutacaq BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasında (COP29) iştirak edəcək. Bu, bankın iqlimtəşəbbüslərinin maliyyələşdirilməsində və özəl investisiyalarınsəfərbərliyində lider kimi mövqeyini təsdiqləyir.

AYİB-in konfransdakı nümayəndə heyətinə bankın prezidenti OdilReno-Basso, birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət vətərəfdaşlıqlar üzrə vitse-prezident Mark Boumen və iqlimstrategiyası və tətbiqi üzrə icraçı direktor Harri Boyd-Karpenterdaxildir.

2023-cü il ərzində bank "yaşıl" maliyyələşdirmə üçün 6,5 milyardavrodan çox vəsait ayırıb ki, bu da onun ümumi investisiyalarının50 faizini təşkil edir.

AYİB tərəfindən təşkil olunan bir sıra tədbirlər canlıyayımlanacaq və geniş auditoriyaya bankın son iqlim təşəbbüsləri vəözəl maliyyələşdirmə ilə "yaşıl" innovasiyalar vasitəsilədəyişikliklərə nail olmaq strategiyası haqqında məlumatveriləcək.

Bankın məlumatında vurğulanır ki, AYİB çoxmilli inkişaf banklarıarasında iqlim layihələri üçün özəl maliyyənin səfərbər edilməsindəbirinci yerdədir.

COP29-da iqlim maliyyələşdirilməsini sürətləndirməyə yönəlmişsəylər çərçivəsində AYİB digər çoxmilli inkişaf bankları iləəməkdaşlıq edərək, milli və özəl iqlim hədəflərinə dairambisiyaları artırmağa, eləcə də, özəl kapitalın cəlbiniaktivləşdirməyə çalışacaq.

Qeyd edək ki, AYİB Qafqazda ən böyük institusional investorolmaqla, Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərir. Bankınölkəyə yatırdığı ümumi investisiya məbləği 190 layihə vasitəsilə3,7 milyard avroya çatıb.

Bu layihələr arasında ölkənin ilk sənaye miqyaslı günəş və küləkelektrik stansiyaları, eləcə də, Azərbaycanın ikinci böyük şəhəriolan Gəncədə həyata keçirilən dayanıqlı infrastruktur təşəbbüsləridə yer alır.

Seçilən
11
1
az.trend.az

2Mənbələr