AZ

Qusarda Zəfər Günü qeyd edildi – FOTO

8 Noyabr - Zəfər Günü Qusar rayonunda da xüsusi təntənə ilə qeyd olunub. 

Bizim.Media xəbər verir ki, əvvəlcə şəhid ailələrinin nümayəndələri və qazilər, rayon rəsmiləri Qusar Şəhidlər Xiyabanında Qarabağ döyüşlərində canını fəda etmiş qusarlı şəhidlərin xatirə kompleksini və məzarlarını ziyarət ediblər. 
 

Sonra Şəhidlər Xiyabanı ilə üzbəüz yolun kənarında 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq 44 ağac əkilib. Zəfər bayramı daha sonra Qusar Mədəniyyət Mərkəzində davam etdirilib. 


"Qarabağa böyük qayıdış" adlanan ədəbi-kompoziya Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Daha sonra Vətən müharibəsinin döyüş səhnələrini əks etdirən səhnəciklər göstərilib, vətənpərvərliyi tərənnüm edən mahnılar ifa edilib. Qusarlıların Zəfər tədbiri "Qarabağ Azərbaycandır" musiqili sonluqla başa çatıb. 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
25
50
bizim.media

10Mənbələr