AZ

İki əsrlik ayrılıqdan suverenliyə gedən yol və bu yolları açan Milli Lider – TOĞRUL ALLAHVERDİLİ

Azərbaycan 200 ildən sonra tam suveren şəkildə əzəmətli bayramını qeyd edir. Demək olar ki, son dörd ildə təqvimizin hər günü bir bayrama çevrilib. Tarixən təqvimi hüznlü günlərlə dolu olan bir xalqın artıq güzəranı bayram ab-havası ilə keçir.

200 ildən sonra Azərbaycanın əlamətdar və sevincli günü bütün suveren ərazilərimizdə qeyd olunur. Ölkəmiz cənubundan şimalına, şərqindən qərbinə sərhədlərimizə qədər dövlət bayrağımızla bəzədilib. Həzin külək Azərbaycanın həsrətində olduğumuz Xankəndi, Xocalı şəhərlərində ucaldılan bayrağımızı dalğalandırır, günəş isə öz nurunu bu şəhərlərə səpələyir.

Bütün bunları xalqımıza, dünya azərbaycanlılarına bəxş edən Milli Sərkərdə İlham Əliyevdir.

İlham Əliyev Azərbaycanın tarixində iki əsrlik ayrılıqdan suverenliyə gedən yolda cığırları tək başına açaraq xalqı öz ardıyca irəliyə aparan qalib sərkərdədir. Bu torpaqlarda yaşayan və tarixən ərazilərimizə göz dikmiş yadelli düşmənlərə qarşı vuruşan ulu əcdadlarımızın indi ruhu şad və xürrəmdir. Azərbaycan tarix boyu İlham Əliyev kimi sərkərdəyə möhtac olub, ehtiyaclı olub. Allah bizi özümüzdən başqa kimsəyə möhtac etməsin deyimi artıq reallaşıb. Biz məhz Ali Baş Komandanın sayəsində heç kəsə möhtac olmadıq və olmayacağıq.

Bu gün xalq olaraq, dünya azərbaycanlıları olaraq Zəfər bayramımızı qeyd edirik.

Zəfərimiz əbədi olsun!

Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək İB-nin sədri

Seçilən
29
interpress.az

1Mənbələr