AZ

“Real”ın ötən mövsüm əldə etdiyi qazanc məbləği açıqlandı

İspaniya nəhəngi Madrid “Real”ının geridə qalmış 2023/2024-cü illər mövsümünün yekunları üzrə əldə etdiyi qazancın məbləği açıqlanıb.

Arena.az bu barədə nüfuzlu ispan nəşri “Marca”ya istinadən məlumat verir.

Beləliklə, “Real”ın ümumi gəliri 1,073 milyard avro məbləğ təşkil edib ki, bu da 2022/2023-cü illər mövsümündə əldə edilmiş gəlirdən 230 milyon avro məbləğ çoxdur. “Kral klubu”nun yekun mənfəəti vergilərdən sonra 16 milyon avro məbləğə çatıb ki, bu da ötən illə müqayisədə 4 milyon avro məbləğ çoxdur.

Vergilər və sosial ödənişlər nəzərə alınmaqla xərclər 277,1 milyon avro məbləğ təşkil edib. Hazırda klubun növbəti 2025/2026-cı illər mövsümü üçün büdcəsi 1,127 milyard avro məbləğindədir.

Mənbə qeyd edir ki, bu mövsüm komanda xərcləri xeyli azalıb. Belə ki, keçən il müvafiq xərclər 504 milyon avro məbləğində, bu il isə 482 milyon avro məbləğində olub. “Real” 3 kubok qazandığı üçün klubun üstəlik qazancı 40 milyon avro məbləğ təşkil edib.

Hazırda “Real” bütün cəbhələrdə – İspaniya La Liqasında, İspaniya Kubokunda, İspaniya Super Kubokunda və Çempionlar Liqasında mübarizəsini davam etdirir.

Seçilən
45
45
arena.az

10Mənbələr