AZ

Daşqınlar Çexiya iqtisadiyyatına 2 milyard avro ziyan vurdu

Çexiya hökuməti sentyabrda respublikada baş vermiş daşqınlardan dəymiş zərərin təxmini məbləğini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daşqınlardan ən çox zərər dövlət əmlakına dəyib. Ölkə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün vəsaitin bir hissəsini Avropa İttifaqının fondlarından alacaq.

Daşqınlarla mübarizəyə planlaşdırılmamış vəsaitlərin ayrılması zərurəti ilə əlaqədar dövlət büdcəsinin xərcləri kəskin artıb. Bu il üçün dövlət büdcəsinin kəsiri 1,17 milyard avro artırılaraq 12 milyard avroya çatdırılıb.

 

Gözəl Həşimova

Seçilən
16
iqtisadiyyat.az

1Mənbələr