AZ

Səhnədə qəddarlıq: Müğənni toyuğun başını üzdü, qanını içdi

Hindistanda heyvan hüquqları müdafiəçiləri müğənni Kon Vaiya Sondan şikayət ediblər.

Referans.az xəbər verir ki, bu barədə “Economic Times” məlumat yayıb .

Arunaçal-Pradeş ştatının İtanaqar şəhərindəki konsertdə Son səhnədə toyuğun boğazını kəsərək qanını içib. “People for the Ethical Treatment of Animals” (PETA) təşkilatı hadisədən xəbər tutub və polisə məlumat verib.

Heyvan hüquqları müdafiəçiləri izah ediblər ki, heyvanlara qarşı amansızlıq insanın psixoloji pozğunluqlarını və insanları incitmək istəyini göstərə bilər.

PETA öz bəyanatında “Forensic Research & Criminology International Journal”da dərc olunan araşdırmaya istinad edib. Onun sözlərinə görə, heyvanlara işgəncə verənlər başqa cinayətlər də törədirlər.

  

Seçilən
11
2
turanpress.com

3Mənbələr