AZ

Tarixi hadisə: İmperator pinqvini Antarktidadan Avstraliyaya təkbaşına gedib - 3400 km

Avstraliyada dünyanın başqa yerlərində görünməyən çoxlu qeyri-adi heyvanlar var. Ancaq ümumiyyətlə burada görməyi gözləmədiyiniz heyvanlar pinqvinlərdir. Amma bu yaxınlarda Avstraliya çimərliklərindən birində sörfçülər tərəfindən pinqvin görülüb.

Qaynarinfo bu barədə "ABC News Australia"ya istinadən xəbər verir.

Danimarka şəhəri (Avstraliyanın cənub-qərb sahili) yaxınlığında sörfinqlə məşğul olan Aaron Fuyler çimərlikdə pinqvin görərək təəccüblənib.

"O, nəhəng, dəniz quşundan çox böyük idi. Biz düşündük ki, sudan çıxan bu şey nədir? Və onun sudan ördək kimi çıxan quyruğu var idi", deyə Fuyler bildirib.

Onun sözlərinə görə, imperator pinqvin kimi tanınan quşun boyu bir metrə yaxın olub və insanlardan heç qorxmurmuş.

Mütəxəssislər hesab edirlər ki, imperator pinqvin Avstraliyanın cənub ucundakı çimərliyə birbaşa Antarktidadan gəlib. Yəni o, 3400 km-dən çox məsafə qət etməli olub. Bu, həmin quş növü üçün indiyə qədər qeydə alınan ən uzun səyahətdir. Bu, həm də vəhşi təbiətdə bir imperator pinqvininin görüldüyü ən şimal nöqtəsidir.

İndi pinqvinə heyvan hüquqları müdafiəçiləri baxır. Onun Avstraliyada qalacağı, yoxsa vətəni Antarktidaya dönəcəyi hələ ki, bəlli deyil.

Aydın

Seçilən
16
qaynarinfo.az

1Mənbələr