AZ

Müvəhhedian: İran Ermənistana görə mübarizəyə hazırdır

Müvəhhedian:

Söhbət dəhlizlərdən gedəndə bəzi ölkələr, sizin qonşu ölkələr, Ermənistanın ərazisindən keçmək istəyirlər, amma Ermənistanın ərazi bütövlüyünə hörmət etmək istəmirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Tehran ATU Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə alim Ehsan Müvəhhedian “Armenpress”ə müsahibəsində deyib.

“Onlar dəhlizlərə nəzarət etmək istəyirlər. İran yeganə qonşu ölkə və yeganə dostdur ki, bunun qeyri-mümkün və qəbuledilməz olduğunu söyləyir”, - o bildirib.

Müvəhhedian vurğulayıb ki, İran buna görə mübarizə aparmağa hazır olduğunu dəfələrlə bəyan edib, çünki Ermənistanla əlaqə Tehran üçün həyati əhəmiyyət kəsb edir.

Seçilən
38
2
xalqcebhesi.az

10Mənbələr