AZ

Rüstəm Umerov daha bir müavinini işdən çıxardı

Ukrayna hökuməti müdafiə nazirinin müavini Aleksandr Sergeyi tutduğu vəzifədən uzaqlaşdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz "telegram" kanalında bildirib.

"Sergey Aleksandr Petroviç Ukrayna müdafiə nazirinin müavini vəzifəsindən azad edilib", - o yazıb.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavinini işdən azad edib.

Milli.Az

Seçilən
37
13
milli.az

10Mənbələr