AZ

Eskişehirdə Zəfər Günü qeyd edilib

Türkiyənin Eskişehir şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərinin 4-cü ildönümü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, “İki dövlət, bir Zəfər. Qarabağın azadlığı” adlı bayram mərasimi

Eskişehir Azərbaycanlılar Dərnəyi, Türk Dünyası Vəqfi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Eskişehir Valiliyi ilə Eskişehir Mədəniyyət və Turizm Müdirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib və İkinci Qarabağ müharibəsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi barədə iştirakçılara geniş məlumat veriblər.

Tədbirin bədii hissəsində Azərbaycanın milli rəqsləri və musiqiləri ifa edilib.

Seçilən
47
ikisahil.az

1Mənbələr