İsrailin dövlət televiziyası KAN xəbər verir ki, əldə olunmuş razılaşmalar çərçivəsində Qəzza zolağındakı israilli girovların birinci qrupu cümə axşamı saat 10:00-da azad ediləcək.Gununsesi.info xəbər verir ki, TV-nin yüksək rütbəli məmura istinadən verdiyi məlumata görə, HƏMAS ilə əldə olunan razılaşmanın ümumi konturuna əsasən, İsrail bir gün axşam saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə azad ediləcək girovların adlarını alacaq.İsrail buna cavab olaraq azad etdiyi fələstinli girovların adlarını BQXK-ya təhvil verəcək.Bu gün azadlığa çıxması gözlənilən israilli məhbusların ailələri xəstəxanada tibbi müayinədən keçdikdən sonra yaxınları ilə görüşəcək.“Girovların azad edilməsi prosesi hər səhər saat 10.00-da başlayacaq”, – məlumatda deyilir.Razılaşma çərçivəsində azad edilən hər israilli girov üçün hər gün üç fələstinli məhbusun azad ediləcəyi vurğulanır.Digər tərəfdən İsrail ordusu radiosu nəzarətə alınan fələstinli uşaqların müvafiq olaraq anaları ilə birlikdə sərbəst buraxılacağını bildirib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta