Qazaxıstanda Mi-8 sərt eniş etdi – Ölən var
Qazaxıstan Müdafiə Nazirliyinə məxsus olduğu ehtimal edilən Mi-8 helikopteri ölkənin Aktobe vilayətinin Marktuk rayonunun Sarıjar kəndi yaxınlığında sərt eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təyyarədə 3 nəfər olub, onlardan biri dünyasını dəyişib. Yaralılar təyyarə ilə Aktobe rayon mərkəzinə aparılıblar.