AZ

Bakıda COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır- AYNA

COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərində 15 sayda marşrutun fəaliyyəti dayandırılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli fəaliyyəti müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

phrase_var_article.chosen
80
6
azpost.info

10phrase_var_article.sources