AZ

Elvin Məmmədov: "Bu gün üçün 1 xal bizi sevindirir"

"Səbail" Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir. 

- Komandada çatışmayan nə var?

- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik. 

- Davam edəcəksiz? 

- Rəhbərliyə təşəkkür edirəm.

Elçin Əlixan 

saytlarin hazirlanmasi

Seçilən
23
2
sportal.az

5Mənbələr