"Səbail" Misli Premyer Liqasının XIII turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Sportnet.az xəbər verir ki, Bayıl təmsilçisinin məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı oyun oldu. Çalışdıq ki, 4 günlük periodda komandamıza kömək edək. Nə qədər alındı, ya alınmadı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir.
- Komandada çatışmayan nə var?
- Çox nüanslar var. Birinci nüans fiziki durumdur. Bunu düzəltsək, yaxşı yerlərə gələcəyik.
- Davam edəcəksiniz?
- Rəhbərliyə təşəkkür edirəm.