AZ

İran qitələrarası ballistik raket buraxıb

"İran deputatları ölkənin hərbi doktrinasına nüvə silahı istehsalının xeyrinə yenidən baxılmasına çağırış edib..."
 
İran İslam Respublikası nüvə yükü daşıyan ballistik raket buraxılışını həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri yazıb.
 
Münaqişə başlanandan ilk dəfə olaraq İran 5500 km-dən artıq məsafə qət etmək iqtidarında olan qitələrarası ballistik raket buraxıb.
 
Bu barədə məlumat sosial şəbəkələrdə üzə çıxıb, şahidlərin dərc etdiyi videoyazılarda raketin ölkə səmasının şimal-şərq hissəsinin səmasını keçdiyi görünür. 
 
Sonradan iranlı deputat Əhməd Nadri bu məlumatı özünün "X" sosial şəbəkəsindəki akkauntunda təsdiq edib: "Bu, yeni məsələ deyil, bizim raketlərlə çəkindirmə yolumuz dəyişməz olaraq qalır".
 
Ekspertlərin dəyərləndirmələrinə görə, yeni raket ballistikdir və uzaq məsafələrdəki hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub, bu da İranın raket arsenalının təsir radiusunu xeyli artırır.
 
Bundan başqa, Nadri maksimal çəkindirmə səviyyəsini nümayiş etdirmək üçün rəsmən nüvə sınağının keçirilməsinə çağırış edib.
 
Bu bəyanat İranın rəsmən üzərinə götürdüyü öhdəliklərdən daha bir imtinasıdır. Bununla bağlı rəsmi bəyanatlarda İran nüvə silahını istehsal etməmək və onun nüvə proqramının istisnasız olaraq dinc xarakter daşıdığı barədə iddialardan ibarət olub. 
 
Eyni zamanda Səudiyyə Ərəbistanının "Əl-Hədat" qəzetinin məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın nüvə obyektlərini müşahidə kameralarının söndürülməsi və müfəttişlərə qoyulan məhdudiyyətlər səbəbindən daha nəzarət edə bilmir.
 
Vəziyyəti mürəkkəbləşdirən odur ki, İran uranı 60 faizədək zənginləşdirib, bu da nüvə enerjisindən dinc məqsədlərlə istifadəsi üçün zəruri olan göstəricilərdən çoxdur. 
 
Bundan başqa, İranın 39 nəfər deputatı Ali Milli Təhlükəsizlik Şurasına məktub göndərərək, ölkənin hərbi doktrinasına nüvə silahının istehsalının xeyrinə yenidən baxılmasına çağırış edib.
Seçilən
41
moderator.az

1Mənbələr