AZ

Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib - FOTOLENT

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə çələng qoyub.

Anım mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-mayor Kənan Seyidov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, daha sonra çıxışlar olub.

Mustafa Mustafa Mustafa Mustafa Mustafa Mustafa Mustafa Mustafa Mustafa Mustafa
Seçilən
57
8
apa.az

9Mənbələr