ABŞ döyüş təyyarələri İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” qruplaşmasına (Husilər) məxsus silah anbarlarına çoxsaylı zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, Pentaqon məlumatı AFP-yə təsdiqləyib.
ABŞ müdafiə rəsmisi bildirib ki, silahlar Qırmızı dəniz və Ədən körfəzində hərbi və mülki gəmilərə hücumda istifadə edilib.
Müəllif: Mənsur Rəğbətoğlu