AZ

Dərin Suların Qorunması və İqlim Dəyişikliklərinə Qarşı Birləşmiş Mübarizə - COP29-da FINS Initiative

Bakı. Trend:

Bakıda keçirilən COP29 çərçivəsində, FINS Initiative (DənizNövlərinin Beynəlxalq Müdafiəsi) adı altında baş tutacaq xüsusipanel müzakirələr və sərgi proqramı, dünya sularının və sualtıekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.

Trend xəbər verirki, foto sərgi sualtı dünyaya və dünya sularında yaşayan canlılarınəhəmiyyətinə həsr olunaraq, onların qorunmasının vacibliyini önplana çıxarır. İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən,dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərəalmamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyətdaşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdəndaha ciddi ola bilər.

Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşıtəhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığıöldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adəthalını alıb. Misal üçün, Danimarka və İslandiyada delfin ovuqanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı,dövlət tərəfindən dəstəklənir və hər il bu ov kvotaları artırılır.Bu balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyüknarahatlıq doğurur.

Balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayətdeyil. Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onlarınhəyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinalarıvurur və onların həyatı üçün risk yaradır.

Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağımüzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və800-dən çox beynəlxalq alim, bu fəaliyyətin sualtı ekosistemlərəzərər verəcəyini bildirərək, mədən işlərinin dayandırılması üçünpetisiya imzalayıb.

FINS Initiative olaraq məqsədimiz, bu vacib məsələləri COP29-damüzakirəyə çıxarmaqdır. 11 gün ərzində yaşıl zonada qurulmuşpavilyonumuzda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlarvə mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişini təşkiledəcəyik. Məqsədimiz, dünya okeanlarının, o cümlədən Xəzərdənizimizin problemlərini müzakirə edərək, COP29-a təklif etməküçün birgə bəyanat hazırlamaqdır. Ümid edirik ki, bu müzakirələrnəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzərdənizinin və dünya sularının qorunması üçün yeni yollartapacağıq.

Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində su itlərinigörmək adi hal idi, amma bu gün bu nadir hadisəyə çevrilib. Bu,onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükənigöstərir. FINS Initiative olaraq, Xəzərimizi və dünya sularınıqorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyik.

Seçilən
21
11
az.trend.az

10Mənbələr