Bakı. Trend:
Bu gün Bakıda Bakı Olimpiya Stadionunda COP29 Konfransınınaçılış mərasimi keçirilib.
Trend xəbərverir ki, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr,liderlər və iqlim üzrə ekspertlər ilin ən böyük iqlimtədbirlərindən birinin başlanğıcını qeyd etmək üçün bir arayagəliblər.
Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən ildekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyrodakeçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəlimüdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.
"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksəkqanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.