AZ

“Avtobus sürücüsü uşaq bilib, avtobusa minməyimə mane oldu, 10 yaşıma kimi gəzməmişəm”- 25 yaşlı, 1.20 sm boylu aktrisa- FOTO

“Mənim 25 yaşım var. Qazax rayonunda anadan olmuşam. Boyum 1.20 sm-dir. Boyumun balaca olmağı valideynlərimin qohum olmasına görədir. Ailədə 5 nəfərik-ata, ana 2 qardaşım və mən. Kiçik qardaşımın da mənim kimi boyu bir az balacadır”

Bunu Medianews.az-a açıqlamasında aktrisa Ülviyyə Qarayeva deyib.

O daha sonra əlavə edib:

“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində aktyor sənəti üzrə təhsil almışam. Hal hazırda işləmirəm. Magistra hazırlaşıram. Rəqsə və aktrisalığa marağım uşaq yaşlarından yaranıb. Xüsusən hind rəqslərinə marağım var. Hind rəqslərindəki rəngarənglik məni hər zaman özünə cəlb edir. Təbii olaraq hind rəqslərindən əlavə milli rəqslərimizi də ifa edirəm. Bu arada hind rəqslərini müəllimsiz internetdən özüm öyrənirəm. Bir çox dövlət tədbirlərində rəqqasə və aktrisa kimi çıxış etmişəm. Heydər Əliyev mərkəzi, Milli gimnastika arenası, Akademik Musiqili Teatrında, “Yarat” müasir incəsənət mərkəzi və digər mədəniyyət yerlərində çıxışlarım olub. Sənətimdə ilk olaraq valideynlərimdən dəstək görürəm, sonra mənə inanan digər şəxslərdən. Bir dəfə Akademik Musiqili Teatra iş üçün müraciət etmişdim. Dedilər ki, vakansiya yoxdur.

Ülviyyə Qarayeva bildirib ki, 10 yaşına kimi yeriyə bilməyib:

“Səhətimlə bağlı 10 yaşıma kimi yeriyə bilməmişəm. Həkimlər ümidini üzmüşdü məndən. Lakin valideynlərim ümidli idi. Anadangəlmə hər iki ayağımda problem yaranmışdı. Həkimlər bildirdilər ki, 22 yaşında əməliyyat olunmalıyam. Uşaqlığım çox çətin keçib. Bu səbəblərdən dolayı məktəbə də 4 il gec getmişəm. Səhətimlə bağlı xəstəxanalara çox gedib gəlmişəm. Həmçinin Heydər Əliyev fondunun dəstəyi ilə də mən bir çox müalicələr almışam. 22 yaşıma gəldikdən sonra hər iki ayağımdan əməliyyat olundum. Çətin zaman idi. Təbii olaraq yenə də müalicələrimi davam etdirirəm” deyə o bildirib.

Aktrisa deyir ki, boyu ilə bağlı kompleksi heç vaxt olmayıb:

“Boyumla bağlı kompleksim olmayıb. Karyeramla bağlı bir çox məqsədlərim var. Ən böyük arzularımdan biri dünya miqyasında tanınmış aktrisalardan biri olmaqdır. Baxmayaraq ki, Mədəniyyət və İncəsənət universitetinə hazırlaşan zaman mənə şansımın az olduğunu və ya heç olmayacağını bildirmişdilər. Boyumun balaca olması ilə bağlı aktrisalığın mənə çox uyğun olmadığını deyirdilər. Eyni zamanda məktəb illərində də məktəb direktoru istəyirdi ki, mən ev təhsili alım. Təbii ki, buna səbəb də boyumun balaca olması idi. Lakin mən razılaşmadım və məktəbə getdim. Uşaq vaxtlarından daim cəmiyyət içində olmaq istəmişəm. Amma təəssüf ki, bir çox insanlar boyuna görə kompleks yaşayıb, cəmiyyət içində olmaqdan çəkinirlər, utanırlar. Əslində cəmiyyətdə də bir çox insanlar boyu balaca görən zaman onlara qəribə gəlir. Əgər bir insan özünü olduğu kimi qəbul etsə, o zaman digər insanlar da qəbul edəcək” deyə Ülviyyə bildirib.

Ü.Qarayeva bildirib ki, bəzən boyunun balaca olması ona maneələr yaradıb:

“Məni qıcıqlandıracaq hadisələrlə çox az qarşılaşmışam. Amma boyuma görə çoxları elə bilir uşağam. Bir dəfə avtobus sürücüsü məni qəbul etmək istəmirdi avtobusa, elə bildi ki, uşağam. Sonra bildirdim ki, bu qədər yaşım var. Bu həyatda fərqli görünüşümüzdən aslı olmayaraq hər kəs uğur qazana bilər. Əsas odur ki, seçdiyimiz sahədə özümüzə inanaraq, güvənərək addımlayaq. Təbii olaraq bir çox çətinliklərlə qarşılaşa bilərik, lakin heç zaman ümidimizi itirməməliyik”.

Seçilən
20
34
medianews.az

10Mənbələr