AZ

"Putinlə Tramp arasında danışıq olmayıb" - Peskov Qərb mediasını YALANLADI

"Qərb mediasının Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığının olması barədə iddiaları yalandır".

 

Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.


"Heç bir söhbət olmayıb. Bu, tamamilə yalandır, uydurmadır", - Peskov vurğulayıb.


Qeyd edək ki, ABŞ mediası daha əvvəl iddia etmişdi ki, Putin və Tramp Ukraynadakı vəziyyəti və Avropa qitəsində sülhü müzakirə ediblər.

 

Xatırladaq ki, Kremlin saytında dərc olunan son Putin-Tramp telefon danışığı 2020-ci ilin iyulunda, Trampın prezidentlik müddətinin sonunda baş tutub. Onun gündəliyinə müxtəlif beynəlxalq məsələlər, o cümlədən strateji sabitlik daxil olub. 


Bundan əlavə, Rusiya prezidenti Trampın və o zaman ABŞ-nin seçilmiş prezidenti Co Baydenin 2021-ci il və Milad bayramını təbrik edib.Putin son iki ildə Qərb liderlərinə heç bir təbrik mesajı göndərməyib, ABŞ prezidenti də istisna deyil.

 

Firuzə Əliyeva
 

Seçilən
28
50
sfera.az

10Mənbələr