AZ

"Türk dövlətləri milli ağacəkmə günü" münasibətilə ölkə ərazisində 111 111 ağac əkilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfə təşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 111 ağac əkilib.
Oxu.Az xəbər verir ki, "Türk dövlətləri milli ağacəkmə günü" münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Türkiyə, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.
"Türk dövlətləri milli ağacəkmə günü" Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.
Seçilən
15
1
oxu.az

2Mənbələr