AZ

Ekstremal hava hadisələrindən qlobal iqtisadiyyata dəyən ziyan – 2 trilyon dollar


Yerin iqlim dəyişikliyi ilə bağlı ekstremal hava hadisələri son 10 ildə qlobal iqtisadiyyata 2 trilyon dollardan çox ziyan vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Parisdəki Beynəlxalq Ticarət Palatasının saytında dərc edilmiş hesabatda deyilir.
Hesabat 2014-2023-cü illər arasında baş verən və ümumilikdə 1,6 milyard insana təsir edən 4000-ə yaxın hava hadisəsini araşdırıb.
Tədqiqatçılar həm yaşayış binalarının, həm müəssisələrin, həm də infrastrukturun dağıdılmasından dəyən birbaşa ziyanı, həm də hava şəraitinin əmək məhsuldarlığına təsirini nəzərə alıblar.
Sənəddə qeyd edildiyi kimi, təkcə son 2 ildə qlobal iqtisadi itkilər 451 milyard dollara çatıb ki, bu da əvvəlki 8 illə müqayisədə 19% çoxdur.
Araşdırmanı “Oxera” konsaltinq şirkəti aparıb.
Seçilən
29
yeniavaz.com

1Mənbələr